Bəs, niyə Woltda işləmək lazımdır?
Woltda, biz bütün işləri tam görməyi hədəfləmişik.
- Məsuliyyət hissini, özünüzü inkişaf etdirməyi, mehriban, təvazökar və iddialı insanların əhatəsində olmağı xoşlayırsınızsa, yəqin ki, buradan həzz alacaqsınız.
- Biz şəhərləri daha yaxşı yerlərə çevirmək üçün çalışırıq və hər həftə böyüməmizi görmək çox gözəldir. Əgər əmək sərf etdiyiniz işlərin reallaşdığını gözünüzlə görmək sizi həyəcanlandırırsa Wolt sizin üçün ola bilər.
Komandada aktiv fəaliyyət göstərmək istəyən hər kəsə səslənirik! Pərakəndə satışın gələcəyini formalaşdıracaq sistemin bir parçası olmaq isyərsinizsə, bizə qoşulmağa tələsin!
Vəzifənin təsviri
Wolt Market, Wolt platformasına məxsus yüksək səviyyədə rahatlıq və müştəri təcrübəsi təklif edən supermarketdir. Artıq siz ərzaqların qapınıza işıq sürəti ilə çatması üçün sifariş edə bilərsiniz!
Bizim Satış Təmsilçilərimiz isə Bakıdakı Wolt Market mağazalarımızın ürəyi hesab olunur. Siz bütün sifarişlərin paketlərə yığılmasından və bizim Kuryer Tərəfdaşlarımız və ya müştərilərimiz tərəfindən götürülməyə hazır olduğundan məsul olacaqsınız.
Qeyd etmək istəyirik ki, müraciət etdiyiniz vakansiya “full-time” - dır, həftəlik 40 iş saatı nəzərdə tutulur. Alış-veriş prosesimizə yeni nəfəs gətirən əyləncəli komandanın bir parçası olaraq siz gördüyünüz işin nəticəsi ilə də qürur duyacaqsınız. Şirkət olaraq biz adi işləri, qeyri-adi şəkildə və mükəmməl edirik!
Görəcəyiniz işlər
“Merchant” tətbiqimizdə sifarişləri qəbul etmək;
Ərzaqları yığmaq, qablaşdırmaq və müştərilərə və kuryerlərə təhvil vermək;
Qida maddələri və allergenlər haqqında dəqiq məlumatları özündə əks etdirən daxili sistemlərimizi idarə etmək;
Mağazanın nizam-intizamına və təmizliyinə riayət etmək;
Marketimizin gündəlik əməliyyatlarının inkişaf etdirilməsində iştirak etmək.
Tez öyrənirsiniz və bir neçə işi birlikdə görə bilirsiniz;
Təşəbbüskar və xidmətyönümlü sözləri sizdən bəhs edir;
İşlərə “bacararam” münasibəti ilə yanaşırsınız və sürətli iş mühitində işləmək fikrindən zövq alırsınız;
Texnologiya ilə işləmə qabiliyyətinə sahibsiz;
Gün ərzində, axşamlar və həftə sonları işləyə bilirsiniz;
Mağaza təcrübəsinin olması üstünlüktür;
Azərbaycan dili mütləqdir, ingilis dili üstünlüktür;
Azərbaycanda işləmək hüququ olmalıdır.
Əgər yüksək inkişaf mühitində işləmək, məsuliyyət almaq və son dərəcə iddialı komandanın bir hissəsi olmaq sizi həyəcanlandırırsa, müraciət etmək və müzakirəyə başlamaq üçün aşağıya klikləyin!
Biz müraciətləri davamlı şəkildə nəzərdən keçiririk. Buna görə də müraciətinizi elə indi göndərin :)
Our Commitment to Diversity and Inclusion
We’re committed to growing and empowering a more inclusive community within our company, industry, and cities. That’s why we hire and cultivate diverse teams of people from all backgrounds, experiences, and perspectives. We believe that true innovation happens when everyone has room at the table and the tools, resources, and opportunity to excel.
Beware of recruitment scams: DoorDash, Deliveroo, and Wolt will never ask you to pay money or share sensitive financial information during hiring — learn more about our legitimate recruiting process at Recruitment Scam Awareness - DoorDash .